ABŞ altı şirkətə sanksiya tətbiq ETDİ

ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyini iddia edilən altı qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Sənədə əsasən, məhdudiyyətlər İran, BƏƏ və Çində “Qods Aviation Industries” şirkəti üçün pilotsuz təyyarə hissələrinin alınmasından cavabdeh olan altı qurum və iki fiziki şəxsdən ibarət şəbəkəyə şamil ediləcək.
ABŞ-ın məlumatına görə, “Qods Aviation Industries” şirkəti İranda PUA istehsalı ilə məşğuldur.
Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods Wholesalers LLC” şirkətlərini, həmçinin Çinin “Zibo Shenbo Machinelectronics” və İranın “Rah Roshd International Trade Exchanges Development” şirkətlərini, həmçinin şirkətin iki əməkdaşını hədəfləyir.