İsrail ABŞ-dən idxal edilən bütün gömrük rüsumlarını qaldırdı

İsrail ABŞ-daə idxal edilən bütün gömrük rüsumlarını ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Netanyahu, maliyyə naziri Bezalel Smotrich və iqtisadiyyat və sənaye naziri Nir Barkatın göstərişi ilə İsrail İsrailin ən böyük ticarət tərəfdaşı olan ABŞ-dən alınan mallardan əvvəllər alınan bütün gömrük rüsumlarını ləğv edib”, - deyə məlumatda bildirilir. Əlavə edilib ki, iqtisadiyyat və sənaye naziri müvafiq fərmanı imzaladıqdan sonra “ticarət rüsumları və qoruyucu tədbirlər haqqında əsasnaməyə dəyişiklik qüvvəyə minəcək, bunun nəticəsində ABŞ-dən bütün idxala rüsumlar ləğv ediləcək”.
Bəyanatda qeyd edilir ki, "İsrail və ABŞ arasında 1985-ci ildə bağlanmış azad ticarət sazişi ABŞ-dən İsrailə idxal edilən malların təxminən 99%-nin artıq gömrük rüsumlarından tamamilə azad edilməsi ilə nəticələnib". Mövcud tariflərin azaldılması "ABŞ-dən ərzaq və kənd təsərrüfatı idxalı kateqoriyasındakı çox məhdud sayda məhsula təsir edəcək", - ofis əlavə edib.
Həmçinin bildirilib ki, 2024-cü ildə yəhudi dövlətindən ABŞ-yə malların tədarükü 17,3 milyard dollar, xidmət ixracı isə 16,7 milyard dollar təşkil edib. “Rüsumların ləğvi faktiki olaraq İsrail və ABŞ arasında ticarət sazişini genişləndirəcək və ölkələr arasında strateji əlaqələri gücləndirəcək”, - Netanyahunun ofisi qeyd edib.
Turan İSMAYIL