Tramp misirli həmkarı ilə ABŞ-nin Yəməndəki husilərə zərbələrini müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla ABŞ-nin Yəməndəki “Ənsar Allah” qiyamçı hərəkatından husilərə endirdiyi zərbələr, eləcə də Qəzza zolağındakı vəziyyətlə bağlı məsələləri müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb
“Misir Prezidenti Sisi ilə telefon danışığım çox yaxşı keçdi. Biz bir sıra məsələləri, o cümlədən husilərin Yəməndə gəmiləri məhv etməsinin qarşısını almaqda əldə etdiyimiz inanılmaz irəliləyişi müzakirə etdik. Biz həmçinin Qəzzanı, mümkün həll yollarını, hərbi təlimləri və s. müzakirə etdik", - deyə Tramp qeyd edib.
O, əlavə təfərrüatları bildirməyib.
Turan İSMAYIL