İslandiyada zəlzələ OLDU

 23:09 01.04.2025     171

İslandiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 118 min insanın yaşadığı Reykyavikdən 103 km cənub-qərbdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.