İstanbul prokurorluğu müxalifətin biznes boykot çağırışları ilə bağlı araşdırmaya başladı

 23:21 01.04.2025     138

İstanbul Baş Prokurorluğu müxalifət və tərəfdarlarının Türkiyə hökumətinə yaxın olduqlarını düşündükləri biznes və şirkətləri boykot etmək çağırışları ilə bağlı yayılan xəbərlərin doğruluğu ilə bağlı araşdırmaya başlayıb.

Redaktor.az bu barədə "Cumhuriyet"ə istinadla xəbər verir.

"İstanbul Baş Prokurorluğu kütləvi informasiya vasitələrində və sosial mediada boykot çağırışları kimi tanınan nifrət nitqi ilə bağlı daxili təhqiqat başlatıb. Məqsəd əhalinin müəyyən hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasına mane olmaqdır. Bu ritorikanı yayan şəxslərlə bağlı da istintaq başlayıb", - qəzet prokurorluğa istinadən yazır.

Qeyd edək ki, martın 24-də müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi əhalini Türkiyə hakimiyyətinə bağlı və ya yaxın olan bir sıra şirkət və media qurumlarını boykot etməyə çağırıb. Bu çağırış CHP-ni təmsil edən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbs olunmasına cavab olaraq verilib.

Müxalifət bir sıra kafe və restoranları, mağazaları, pərakəndə satış şəbəkələrini, televiziya və radio kanallarını, qəzetləri, yanacaqdoldurma məntəqələrini və xidmət şirkətlərini boykot etməyi təklif edir. Bu müəssisələrin siyahıları sosial media istifadəçiləri arasında yayılır. Müxalifət tərəfdarları bu təşkilatların xidmətlərindən tamamilə imtina etmək mümkün olmasa, onlardan alınan malların siyahısını minimuma endirməyə çağırırlar.

Türkiyə hakimiyyəti müxalifətin bu təşəbbüsünü iqtisadi terrorla müqayisə edib.

Turan İSMAYIL