Trampın üçüncü dəfə prezident olması üçün konstitusiya dəyişməlidir - Conson

 23:44 01.04.2025     197

ABŞ Nümayəndələr Palatasının spikeri və konstitusiya hüququ üzrə ekspert Mayk Conson Donald Trampın üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, o bu haqda “NBC News” telekanalına müsahibəsi zamanı danışıb

"Burada konstitusion bir yol var. Bunu etmək üçün konstitusiyanı dəyişdirmək lazımdır", – deyən Conson bunun çox çətin bir proses olduğunu bildirib.

Daha sonra o sözlərinə belə davam edib:

"Amerikalıların bəzilərinin onun üçüncü dəfə namizəd olmasını istəməsini başa düşürəm. Çünki o, ilk 100 günündə o qədər çox iş görüb ki, bunun daha uzun sürməsini arzulayırlar. Lakin məncə, o, konstitusiya məhdudiyyətlərini anlayır və onun konstitusiyanı dəyişmək üçün hər hansı ciddi bir təşəbbüsünün olduğunu düşünmürəm."