Cənubi Koreya Prezidentinin impiçmenti təsdiqlədi

 10:44 04.04.2025     152

Cənubi Koreyanın Konstitusiya məhkəməsi, ölkə prezidenti Yun Sok Yolun impiçmentini təsdiqləyib və onun bütün səlahiyyətlərini əlindən alıb.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.

Bu qərar, səkkiz hakimdən hamısının impiçmentin təmin edilməsi üçün səs verməsi ilə qəbul olunub. Lakin prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün yalnız altı hakimin səsi lazım idi.

Hakimlər Yun Sok Yolun parlamentə nəzarət əldə etmək məqsədilə hərbçiləri parlamentə göndərərək qanunu pozduğunu müəyyən ediblər. Bundan əvvəl, Konstitusiya məhkəməsinin, prezidentin impiçmenti ilə bağlı qərarını aprelin 4-də verməsi gözlənilirdi.

2024-cü ilin dekabrında Yun Sok Yolun Şimali Koreya tərəfdarlarına qarşı mübarizəni əsas gətirərək Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. Bu qərarın ardından prokurorluq ona qarşı üsyan ittihamı irəli sürüb.

Aytəkin TOFİQQIZI