Tramp Dmitriyevdən ABŞ senatorları ilə görüşməyi xahiş etdi

 10:49 04.04.2025     164

Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa Təşəbbüslər Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə amerikalı senatorlarla görüşüb. 

Redaktor.az bu barədə "NBC" nəşrinə istinadla məlumat verir.

Görüşdə, Ukraynada müharibənin dayandırılması şərtləri və Vladimir Putinin atəşkəs tələbləri müzakirə edilib.

Dmitriyev, bundan əvvəl Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyişin olduğunu bəyan edib. Onun sözlərinə görə, böhranı tez həll etmək üçün Moskvanın təhlükəsizlik sahəsindəki maraqları nəzərə alaraq uzunmüddətli bir həll yolu tapılmalıdır.

Aytəkin TOFİQQIZI