Rusiyadan miqrantlara növbəti qadağa - xarici sürücülük vəsiqəsinə icazə VERİLMİR

 12:20 04.04.2025     375

Rusiya Federasiyası miqrantlarla bağlı qanunları sərtləşdirməkdə davam edir. Bu dəfə isə miqrantlar üçün xarici sürücülük vəsiqələri ilə avtomobil idarə etmək qadağa olunub. 

Bu haqda Redaktor.az-a Rusiyada yaşayan soydaşlarımız məlumat veriblər.

Onların sözlərinə görə, bununla bağlı artıq yol polisi tərəfindən reydlər keçirilir və artıq onlarla sürücü saxlanılıb. Soydaşlarımızın sözlərinə görə, xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlər əsasən Rusiya vətəndaşı olmayan şəxslərdir. Təbii ki, şəxsin Rusiyaya Federasiyasına məxsus sürücülük vəsiqəsi olması üçün ilk növbədə o Rusiya vətəndaşı olmalıdır. Bildirilir ki, xarici sürücülük vəsiqəsi ilə miqrantlara avtomobil idarə etmək qadağan olunmaqda davam etsə, minlərlə sürücü işsiz qalacaq. Çünki onların əksəriyyəti həm də taksi fəaliyyəti ilə məşğuldur. 

Vasif