Nəvəsini vurduğu başmaq silah sayıldı – HƏBS EDİLDİ - FOTO

Axşam saatlarında 18 yaşlı nəvəsi Asiyə Vuralın çölə çıxmasına mane olan və onun qoluna başmaq ilə vuran 80 yaşlı Asiyə Kaytan barəsində açılan ictimai işdə o, analıq cinayəti və silah ittihamı ilə ümumilikdə 4 il 2 ay həbs cəzasına məhkum edilib.
Redaktor.az xəbər verir ki, hadisə 2024-cü il avqustun 9-da Pamukkale rayonunun Topraklık Məhəlləsində baş verib. Nənəsi Asiyə Kaytanla yaşayan və nənəsinin adını daşıyan Asiye Vural axşam saatlarında işdən evə gəldikdən sonra çölə çıxmaq istəyib.
Qadın qapını kilidləyib və valideynləri ayrı olan nəvəsinin təhlükəsizliyi üçün çölə çıxmasına icazə verməyib. Bu vaxt qadın evdə geyindiyi başmaqları götürərək qapını açmağa çalışan nəvəsinə tərəf gedib və onun qoluna zərbə endirib. Qız isə əlindəki mobil telefonla nənəsinin başına vurub. Başından yaralanan yaşlı qadın xəstəxanaya yerləşdirilib və müalicəsinin ardından evə buraxılıb.
Onlar bir-birilərindən şikayətçi olmasalar da cinayət işi açılıb. Respublika Prokurorluğunun hazırladığı ittihamnamədə nəvəsini başmaq ilə vuran nənə Asiyə Vuralın ona silah sayılan başmaq ilə vuraraq qapını kilidlədiyi, nəvəsi Asiyə Vuralın isə telefonla nənəsinin başına vuraraq özünü müdafiə etdiyi bildirilib.
Asiyə Kaytan barəsində 14 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Fevralın 25-də iş üzrə hökm çıxarılıb. Məhkəmə Asiyə Kaytanı “zor tətbiq etməklə, hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlıqdan məhrum etmə” ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə cinayətin nəsillərə qarşı silah sayılan başmaq ilə törədildiyini əsas gətirərək cəzası bu dəfə 4 il 2 aya çadırılıb. Qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilib. Qərar təsdiqlənərsə, Kaytan həbsxanaya düşəcək.
Qadın isə əməlindən peşman olduğunu bildirib.
Vasif
