Anadolu avtomobil yolunda qəza baş VERDİ

 19:46 04.04.2025     239

Türkiyənin Kocaeli şəhərində Anadolu avtomobil yolunun İstanbul istiqamətində baş verən zəncirvari qəza səbəbindən hərəkət tamamilə dayanıb.

Redaktor.az xəbər verir ki, Korutepe Tunelində 8 nəqliyyat vasitəsinin toqquşması nəticəsində ilk məlumata görə 6 nəfər yaralanıb.

Hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb edilib.

Qəza səbəbilə İstanbul istiqaməti üzrə nəqliyyat tamamilə dayanıb. Ekipajların yolun açılması üçün çalışmaları davam edir.

Kənan YUSİF 

 

Vumart və Güvən reklamı Vumart Güvən