Ukraynaya raket və PUA zərbələri endirildi, ölən və yaralılar var - VİDEO

Rusiya Ordusu Ukraynaya PUA, ballistik və qanadlı raketlərlə hücum edib.
Redaktor.az UNİAN-a istinadən verdiyi xəbərə görə, Ukraynaya “Tu-95MS” strateji bombardmançı təyyarədən 9 ədəd “101/X-55SM, Qara dənizdən gəmilərdən 8 ədəd "Kalibr" və Bryanskdan 6 ədəd ballistik raketlə zərbə endirilib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 13 raket və 40 PUA-nı vurub. Raket və PUA-ların hədəfi Kiyev, Sumi, Xarkov, Xmelnitsk, Çerkass və Nikolayev vilayətiləri olub.
Kiyev şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko Kiyevə hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.
Bu arada Polşa Silahlı Qüvvələrinin komandanlığı Ukraynanın qərbinə raket zərbələri ilə əlaqədar ölkənin hava məkanının müdafiəsi üçün sərhəd yaxınlığına hərbi aviasiyanın göndərildiyini açıqlayıb.