"Bundan sonra İsrailin Suriyada hərbi əməliyyatlar aparması çətin olacaq"

"Türkiyə Suriyanın Palmira şəhərində böyük bir hərbi baza qurmağa qərar vetib. Suriyanın müxtəlif regionlarında hərbi bazalar qurmasi gözlənilir. Palmirada qurulacaq baza Suriya silahlı qüvvələri üçün ixtisaslı hərbiçilər hazırlanacaq. Göründüyü kimi, İsrail Suriyada hərbi bazalari havadan bomblamaqla Türkiyənin qarşısini kəsməyə çalışir. Təbii ki, Türkiyə İsrailin bu kimi mesajlarına görə Suriyadan geri çəkilməsi mümkün deyil".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Türkiyə Suriyada hərbi baza qurduqdan sonra, İsrailin Suriyada hərbi əməliyyatlar aparması çətin olacaq:
"Əgər, Türkiyə qoşunlarına havadan hücum olarsa, Ərdoğan Qüdsdə namaz qılacaq. Cənab Ərdoğan Şamda və Qüdsdə namaz qılacağini elan etmişdi. Necəki, Şamda namaz alacağını elan etmişdisə, eynisini Qüdsdə qıla bilər. Türkiyə Yaxın Şərqə daxil olur. İsrail Türkiyəyə qarşı açıq müharibə apararsa, öz mövcudluğu sual altında qala bilər. Türkiyə İsrail üçün İran deyil".
Vasif