Ukraynada Azərbaycan diaspor nümayəndəsi həlak OLDU

Ukraynanln Poltava vilayəti azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M. Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində həlak olub.
Azərbaycanlı Poltavada dəfn olunacaq.