Roma Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında GÖRÜNDÜ

 19:04 06.04.2025     164

Roma Papası Fransisk əziyyət çəkənlər və xəstələr üçün ayini qeyd etdikdən sonra əlil arabasında Vatikandan ayrılıb.

Redaktor.az xəbər verir ki, birbaşa yayımı "Vatican News" portalı həyata keçirib.

Qeyd olunub ki, bu, Fransiskin martın 23-də xəstəxanadan çıxdıqdan sonra möminlər qarşısında ilk görüntüsüdür. O, xəstəxanada təxminən 40 gün keçirib.

Kütləvi mərasim Roma Katolik Kilsəsinin Xristian Yubiley ili çərçivəsində keçirilib.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib ki, oksigen terapiyasından sonra Fransiskin səsi tədricən bərpa olunur.

Qeyd edək ki, 88 yaşlı Fransiskə iki ay istirahət tövsiyə edilib və onunla bağlı bütün tədbirlər ləğv olunub.