Yəmənin husilərinə qarşı quru əməliyyatı hazırlanır

 19:58 06.04.2025     143

Yəməndəki husi üsyançılarının düşmənləri Səudiyyə Ərəbistanı və ABŞ-dən dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücuma cənub və şərqdən, eləcə də Yəmənin sahillərindən hazırlanır, lakin onun vaxtı hələ müəyyən edilməyib.

Husilərlə döyüşən qruplara dəstək verən ABŞ ordusu “bir ovuc xüsusi təyinatlılar” istisna olmaqla, ordusunu əməliyyata cəlb etməyəcək, bombardmanlarla dəstəkləyəcək.

Eyni zamanda, telekanala müsahibə verən analitiklər husiləri sülhə məcbur etməyin “çox, çox çətin” olacağını irəli sürürlər.