Bill Qeyts sevgilisi ilə göründü - FOTO

 09:10 07.04.2025     122

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts sevgilisi Paula Herd ilə birlikdə "Breakthrough Prize" mükafat mərasiminə qatılıb.

Redaktor.az xəbər verir ki, cütlüyün fotoşəkilləri "Fairchild Media"da yayımlanıb.

Santa Monikada keçirilən 11-ci mükafatlandırma mərasimində iştirak edən Qeyts və Herd fotoqraflar qarşısına çıxıblar.

Xatırladaq ki, Qeyts ilk dəfə olaraq Paula Herd ilə münasibətlərindən fevral ayında danışıb:

"Mən çox şanslıyam ki, Paulam var. Biz birlikdə olanda heç vaxt cansıxıcı olmur. Olimpiya Oyunları kimi tədbirlərə gedirik və bir çox maraqlı işlər görürük" - o qeyd edib.

Bill Qeyts 2022-ci ildə 27 illik evlilikdən sonra Melinda Frenç Qeyts ilə boşanıb.

 

2