İsrailin Qəzzaya hücumları davam edir

İsrail ordusu atəşkəsi pozaraq Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hava hücumları təşkil edib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.
Məlumata görə, gecə saatlarında həyata keçirilən bu hücumlar nəticəsində biri jurnalist olmaqla ümumilikdə 17 fələstinli həyatını itirib.
Həlak olanlar arasında 6 qadın və 4 uşaq da var.
Aytəkin TOFİQQIZI