Rusiya ABŞ-nin rüsumlarını qiymətləndirdi

 12:24 07.04.2025     106

"ABŞ Prezidenti Donald Trampın gömrük siyasəti investorları sarsıtsa da, o, ölkəsinin iqtisadiyyatını “yenidən böyük” etməyə nail olur".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə dair beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov TASS-a açıqlamasında bildirib.

"Rüsumlar - bu, əlbəttə ki, şokdur, bazarlar düşdü, amma bu- investorların emosiyalarıdır. Reallıq isə statistika ilə ölçülür: ilin əvvəlindən bəri ABŞ-da yeni iş yerlərinin sayı artmaqda davam edir", - deyə Titov vurğulayıb.

2 aprel tarixində ABŞ prezidenti Donald Tramp bütün idxal mallarına 10%-lik əsas gömrük rüsumlarının tətbiq olunacağını elan edib. Siyahıya ümumilikdə 185 ölkə daxildir.

Aytəkin TOFİQQIZI