Buzovu üşüməsin deyə ona evdə baxır – FOTO

Türkiyədə Fatma Tülkər adlı adam Bayram adını verdiyi buzovuna üşüməsin deyə onu yaşadığı evdə saxlayır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, buzov Ramazan bayramının üçüncü günü doğulub. Buna görə də buzovun adını Bayram qoyublar.
İndi buzova körpə uşaq kimi baxır və ona butulkada süd verirlər. Üşüməsin deyə onu yorğana bükürlər. Balaca buzov artıq ailənin sevimlisinə çevrilib.
Vasif
