Qəzzadakı sağlamlıq mərkəzləri İsrailin təkrar hücumları altındadır

 17:20 07.04.2025     91

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Qəzza zolağındakı sağlamlıq mərkəzlərinin dəfələrlə İsrail bombalarının hədəfinə çevrildiyi və bölgədə əsas tibbi və sağlamlıq ləvazimatlarının tükəndiyi barədə xəbərdarlıq edib.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.

Lazzarini 7-13 aprel Dünya Sağlamlıq Həftəsi münasibətilə verdiyi yazılı açıqlamada İsrailin hücumlarını intensivləşdirdiyi Qəzzada sağlamlıq vəziyyətinə diqqət çəkib.

Qəzzada sağlamlıq mərkəzlərinin dəfələrlə hücuma məruz qaldığını vurğulayan Lazzarini, "Ümumdünya Sağlamlıq Günündə sağlamlıq və şəfa qeyd etməli olduğumuz halda, biz Qəzza zolağında can itkilərinin yasın tuturuq", - deyə vurğulayıb.

Aytəkin TOFİQQIZI