Ukraynada atəşkəsə dair bəzi məsələlər həll edilməlidir

"Ukraynada atəşkəsə dair bəzi məsələlər var və bunlar həll edilməlidir. Bunlar, Kiyevin gələcəkdə hərbi güc tətbiq etmə planları ilə əlaqədardır".
Redaktor.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitriy Peskov deyib.
Moskva şəhərində jurnalistlərin suallarını cavablandıran Peskov, Ukraynanın Rusiyanı Krivoy Riq şəhərində mülki infrastruktur obyektlərinə hücum etməkdə ittiham etməsinə də münasibət bildirib. O, Rus ordusunun yalnız hərbi hədəflərə hücum etdiyini vurğulayaraq, "Biz mülki infrastruktur obyektlərinə qarşı hücumlar etmirik" deyib.
Peskov, ABŞ Prezidenti Donald Trumpın "Ukraynaya qarşı hücumların dayandırılması" təklifi ilə bağlı açıqlamalarına da toxunub.
O, Ukraynada atəşkəsə dair bəzi məsələlərin olduğunu və bunların həll edilməli olduğunu qeyd edərək, belə deyib: "Rusiya Prezidenti Vladimir Putin, atəşkəs fikrini dəstəkləyir, amma bunun təmin edilməsi üçün bəzi sualların cavablanması lazımdır. Bu suallar hələ havadadır və heç kim bunlara cavab verməyib. Bunlar, Kiyev idarəsinin nəzarətindən çıxan, söz dinləməyən bəzi radikal və milliyyətçi birlikləri idarə edə bilməməsi ilə əlaqədardır. Həmçinin, Kiyevin gələcəkdə hərbi güc tətbiq etmə planları məsələsi də var. Bütün bu nüanslar hələ gündəmdədir. Atəşkəs fikrini dəstəkləyərkən, maraqlarımızı təmin etməli və qeyd etdiyim məsələləri həll etməliyik."
Peskov, Rusiya ilə ABŞ arasında yenidən müzakirə tarixi ilə bağlı hələlik hər hansı bir qərarın verilmədiyini söyləyərək, "Müzakirələrin davam etməsi vacibdir. Bu məsələdə ortaq bir anlayışımız var"- deyə bildirib.
Küresel neft bazarlarında qiymətlərin düşüşünü şərh edən Peskov, bunun ABŞ-nin tarif siyasətindən irəli gəldiyini bildirib. O, "Durumu izləyirik. Vəziyyət çox dalğalı və gərgindir. Bu, ABŞ-nin bir çox ölkəyə gömrük vergisi tətbiq etmə qərarı ilə əlaqədardır" deyib. Kremlin Sözcüsü, neft qiymətlərinin düşməsinin yaratdığı nəticələri aradan qaldırmaq üçün əllərindən gələni etdiklərini də qeyd edib.
Aytəkin TOFİQQIZI