“Qara təbliğatlara etibar edilməməlidir” - Yılmaz Tunç

 19:11 07.04.2025     114

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkədə işgəncə iddiaları ilə bağlı yayılan məlumatları “qara təbliğat” adlandırıb.

Redaktor.az xəbər verir ki, Nazir İstanbulda İbn Xəldun Universitetinin Başakşehir korpusunda keçirilən “Şəxsi Məlumatların Qorunması və Hüquqi Yenilənmələr – 2025 Perspektivi” adlı tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Türkiyədə guya işgəncə varmış kimi, istər həbsxanalarda, istərsə də gözaltı məkanlarında işgəncə olduğu iddiası ilə yayılan qara təbliğatlara xalqımız əsla etibar etməsin", – deyə Tunç bildirib.

Nazir həmçinin qeyd edib ki, 7 aprel tarixində qüvvəyə minən Şəxsi Məlumatların Qorunması Qanunu çərçivəsində həyata keçirilən tədbirlər, vətəndaşların şəxsi həyatının qorunması və məlumat təhlükəsizliyi baxımından önəmlidir.

Kənan YUSİF