Limon ixracı müvəqqəti olaraq DAYANDIRILDI

Türkiyədə limon ixracı 8 aprel tarixindən etibarən müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar Ticarət Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə qiymətləndirməsi nəticəsində qəbul edilib.
Redaktor.az xəbər verir ki, Ticarət Nazirliyinin açıqlamasında bildirilib ki, ölkədə ərzaq təminatının təhlükəsizliyini qorumaq məqsədilə kənd təsərrüfatı məhsulları və ərzaq maddələrinin təklifi, tələbi və qiymət dəyişiklikləri yaxından izlənilir.
Xüsusilə Adana, Mersin və Hatay vilayətlərində baş verən don hadisələrindən sonra Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə aparılan araşdırmalar nəticəsində, daxili bazarın qorunması və spekulyativ qiymət artımlarının qarşısının alınması üçün bu tədbirin vacib olduğu bildirilib.
Kənan YUSİF