Pəncə-kilit əməliyyat bölgəsində aşkarlanan mağara məhv EDİLDİ

Türkiyə Müdafiə Nazirliyi, İraqın şimalında aparılan Pəncə-Kilit əməliyyatı çərçivəsində terrorçulara məxsus bir mağaranın aşkarlanaraq məhv edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazirliyin sosial media hesabından verilən məlumata görə, qəhrəman Mehmetçiklər tərəfindən aparılan axtarış fəaliyyəti zamanı terrorçuların istifadə etdiyi mağara müəyyən edilib.
Paylaşılan görüntülərdə mağaranın içərisində tualet, ümumi təyinatlı otaqlar, polad konstruksiyalı otaq, mətbəx, su anbarı, yataq sahəsi, anbar və sursat saxlanılan bölmələrin olduğu qeyd olunub.
Kənan YUSİF