Tramp Çini HƏDƏLƏDİ

 20:20 07.04.2025     132

ABŞ Prezidenti Donald Tramp, Çin hökumətinin tətbiq etdiyi 34 faizlik qarşılıq tarifləri ləğv etmədiyi halda, bu ölkəyə qarşı 9 apreldən etibarən 50 faiz əlavə gömrük vergisi tətbiq ediləcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Truth sosial platformasında paylaşım edib.

O, ABŞ-yə qarşı ticarət qısası tətbiq edən hər hansı bir ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyini daha əvvəl də bildirdiyini xatırladaraq, Çinin “uzunmüddətli sui-istifadəsinə” baxmayaraq yeni əlavə tariflər tətbiq etdiyini qeyd edib.

Tramp paylaşımında Çinin artıq rekord səviyyədə gömrük rüsumları, qeyri-monetar tariflər, şirkət subsidiyaları və valyuta manipulyasiyalarından istifadə etdiyini, indi isə bunlara əlavə olaraq 34 faizlik tarif tətbiq etdiyini vurğulayıb.

“Əgər Çin bu 34 faizlik tarifi sabaha qədər geri çəkməzsə, 9 apreldən etibarən ABŞ tərəfindən bu ölkəyə qarşı 50 faiz əlavə gömrük vergisi tətbiq ediləcək. Həmçinin Çinlə aparılan danışıqlar tamamilə dayandırılacaq”, – deyə Tramp qeyd edib.

Tramp digər ölkələrlə ticarət danışıqlarının isə dərhal başlana biləcəyini bildirib.

Kənan YUSİF