Lavrov səfirlərlə Rusiya-ABŞ təmaslarını müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avrasiya ölkələrinin səfirləri ilə görüşündə beynəlxalq məsələləri, o cümlədən Moskvanın Vaşinqtonla təmaslarını və Ukrayna böhranını müzakirə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında görüşün yekunlarına dair məlumatda deyilir.
“Müzakirələr zamanı beynəlxalq gündəmdə olan digər məsələlərə də, o cümlədən Rusiya-Amerika dialoqu problemlərinə və Ukrayna böhranının həllinə toxunulub”, - deyə diplomatik departament qeyd edib.
Turan İSMAYIL