Meksika ABŞ-yə qarşı cavab rüsumlarından qaçmaq istəyir

Meksika Prezidenti Klaudiya Şeynbaum bazar ertəsi ABŞ-yə "mümkün qədər" cavab rüsumlarından qaçmaq istədiyini söyləyib.
Redaktor.az bu barədə ABC telekanalına istinadən xəbər verir.
Dövlət başçısı Meksikanın polad və alüminiuma oxşar tariflər tətbiq edə biləcəyini, lakin Meksika bizneslərinə təsirindən narahat olduğunu bildirib.
“Biz hər hansı digər tədbir görməzdən əvvəl dialoqu davam etdirməyə üstünlük veririk”, - deyə o, gündəlik mətbuat konfransında deyib.
Xatırladaq ki, aprelin 10-dan etibarən Çin ABŞ-dən idxal edilən bütün mallara 34% rüsum tətbiq edəcək. Məlumata görə, bu addım Trampın “Azadlıq Günü” şərəfinə Çin mallarına ikirəqəmli tariflər tətbiq etməsinə cavabın bir hissəsidir. Yeni tarif ABŞ-nin Çin ixracatına 34%-lik cavab rüsumuna uyğundur.
Turan İSMAYIL