Avropa Komissiyası ABŞ-yə 25% cavab tarifləri təklif edir - "Reuters"

 22:11 07.04.2025     196

Avropa Komissiyası (AK) aprelin 16-dan ABŞ-dən gələn sənaye mallarına 25%-lik cavab rüsumlarının tətbiqini təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa İttifaqının (Aİ) üzv dövlətlərinə təsdiq üçün göndərilmiş məxfi AK sənədinə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, AK viski idxal rüsumuna məruz qalan mallar siyahısından çıxarıb.

Vaşinqton daha əvvəl viski Avropa rüsumlarına məruz qalacağı təqdirdə Aİ şərabına 200% ayrıca tarif tətbiq edəcəyi ilə hədələyib. Ekspertlərin qeyd etdiyi kimi, Amerika administrasiyasının belə bir addımı İtaliya, Fransa və bəzi digər cənub Aİ ölkələrinə ağır zərbə vuracaq.

Turan İSMAYIL