Ginekoloq Suriya Prezident Administrasiyasının rəhbəri oldu

 22:27 07.04.2025     74

Voronejdən olan ginekoloq Maher Hüseyn əl-Şaraa Suriya Prezident Administrasiyasının baş katibi təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al-Araby” məlumat yayıb.

Maher Hüseyn əl-Şaraa hazırda Suriya prezidenti səlahiyyətlərini icra edən Əhməd əl-Şaraanın kiçik qardaşıdır.

Məlumdur ki, yeni administrasiya rəhbəri Rusiyada tibb sahəsində çalışıb. 2014-2021-ci illərdə Voronejdə Yol Klinik Xəstəxanasında ginekoloq vəzifəsində çalışıb.

Turan İSMAYIL