Misir, İordaniya və Fransa liderləri Ukraynada problemin tezliklə nizamlanmasına çağırdılar

 22:31 07.04.2025     72

Misir Prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya kralı II Abdullah Qahirədə ABŞ lideri Donald Trampla telefon danışığı aparıb və Ukrayna böhranının tezliklə həllinin vacibliyini bildiriblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə əs-Sisinin ofisi məlumat yayıb.

“Amerika prezidenti ilə söhbət zamanı Qahirə sammitinin iştirakçıları Ukraynada beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülhə nail olunmasının vacibliyini vurğulayıblar”, - Misir liderinin rəsmi nümayəndəsi Məhəmməd əl-Şinavi öz feysbuk səhifəsində yazıb.

Turan İSMAYIL