Almaniyada məktəblərə təhdid dolu mesajlar - Xəbərdarlıq olundu

Almaniyanın Duisburq şəhərindəki məktəblərə “Nasist” başlıqlı hədələyici mesajlar göndərilib.
Redaktor.az xəbər verir ki, bu haqda “DW” məlumat yayıb.
Göndərilən elektron məktublarda “təmizləmə” ifadəsindən bəhs edildiyi və bu sözün Nasional Sosializm dövründə “etnik təmizləmə” mənasını daşıdığı bildirilib.
Təhdid dolu ismarışlara görə, 15 ibtidai və orta məktəbdə tədris prosesi birgünlük dayandırılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi “Handelsblatt” qəzetinə verdiyi açıqlamada əhalidən müharibə və böhran vəziyyətlərinə hazır olmalarını istəyib:
“Baş verən son hadisələr fonunda mülki müdafiəyə daha çox diqqət yetirilməlidir. Müvəqqəti böhran vəziyyətləri ən azı 72 saatlıq tədarüklə yaxşı idarə oluna bilər. Fövqəladə tədarük ehtiyatı saxlamaq tövsiyə edilir. Başqalarına kömək etmək və fövqəladə hallarda həyat qurtarmaq üçün evdə təcili tibbi yardım ləvazimatlarının olması vacibdir”.