Tutduğu köpək balığını xərçəng xəstələrinə PAYLADI

 14:08 08.04.2025     234

Adananın Yumurtalık rayonunda Aralıq dənizi sahillərində balıqçılar tərəfindən tutulan 4,5 metr uzunluğunda köpək balığı xərçəng xəstələrinə paylanıb.

Redaktor.az cumhuriyet.com-a istinadla xəbər verir ki, Şahin Gökalp yoldaşları ilə birlikdə balıq tutarkən onun toruna toruna 4,5 metr uzunluğunda və 400 kiloqramlıq köpəkbalığı ilişib. Balıqçılar nadir köpək balığını görüb seviniblər çətinliklə də olsa onu gəmiyə mindirə biliblər. Daha sonra isə onu Adanada balıq dükanında sərgiləyiblər. Bu vətəndaşların da böyük marağına səbəb olub.

Gökalp balığın xərçəng xəstələrinə faydalı olduğunu biləndən sonra  onu xərçəngdən əziyyət çəkən xəstələrə paylamağa qərar verib:

"Bu fəsillərdə köpək balıqları hər mövsüm 4-5 gün çıxır. Professorların dediyi kimi, xərçəngə tutulmayan yeganə canlıdır. Ona görə də xərçəng xəstəsi olan bütün müştərilərimizə pulsuz payladıq. 8 il əvvəl tutduğumuz balığı da insanlara paylamışdıq.

Vasif