Müdafiə və aviasiya ixracında tarixi rekord: 147 faiz artım

 20:41 08.04.2025     195

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgün, 2025-ci ilin martında müdafiə və aviasiya sahəsində ixracın ötən ilin eyni dövrü ilə müqayisədə 147 faiz artaraq 358 milyon dollardan 884 milyon dollara yüksəldiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Görgün bildirib ki, hər keçən gün daha da güclənən Türkiyə müdafiə sənayesi, gənc və dinamik ekosistemi, sahədə özünü sübut etmiş sistemləri ilə ixrac potensialını artıraraq qlobal səviyyədə əhəmiyyətli rol qazanıb.

"Artıq Türkiyə müdafiə sənayesi nəhənglər liqasında yerini alıb", – deyə Görgün qeyd edib.

Kənan YUSİF