Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul ETDİ

Pokrovsk şəhərində kömür hasilatının dayandırılmasından sonra Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Logistika səbəbindən bu kömürün idxalı yerli analoqundan baha olsa da, bu, Ukrayna iqtisadiyyatının dəstəklənməsi üçün vacib addımdır", – "Metinvest"in rəhbəri Aleksandr Rıjenkov agentliyə bildirib.
İdxal olunan partiyanın həcmi 80 min ton təşkil edir.
ABŞ-dan gətirilən kömür “Zaporojstal” və “Kametstal” zavodlarının fasiləsiz işləməsi üçün istifadə olunacaq.