İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır - Netanyahu

 22:12 08.04.2025     205

İsrail Vaşinqtonun mövqeyi ilə razılaşmağa və ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərinin yekunlarını şərh edərkən bildirib.

"Tramp ölkələrdən ABŞ ilə ticarət kəsirini sıfıra endirməyi istəyir. Mən ona dedim: "Bu bizim üçün o qədər də çətin deyil. Biz bunu edəcəyik". Bu, ABŞ və bizim üçün çox şey edən prezident üçün edə biləcəyimiz ən az şeydir", – o bildirib.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib, İsrail üçün tarif 17 % təşkil edəcək. Netanyahu Trampla görüşündə rüsumlar məsələsini müzakirə edən ilk dünya lideri olub.