ABŞ-İran danışıqları birbaşa olacaq - Ağ Ev

 22:43 08.04.2025     173

İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqlar birbaşa olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibi Karoline Levitt bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə İran tərəfinin qarşıdakı təmasların vasitəçi vasitəsilə həyata keçiriləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

"Bunlar şənbə günü birbaşa danışıqlar olacaq", - Amerika liderinin rəsmi nümayəndəsi iddia edib. “Ancaq mən prezidentin (ABŞ Donald Trampın) bu məsələ ilə bağlı hər hansı əlavə təfərrüatları açıqlamasına mane olmayacağam”, - Levitt əlavə edib.

Xatırladaq ki, Tramp martın 7-də bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən mesaj göndərib. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, Tehran ABŞ administrasiyası rəhbərinin məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib.

Bazar ertəsi məlum olub ki, yazışmalardan sonra tərəflər danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər. Görüşün əsas iştirakçıları Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff olacaq. Trampın aprelin 7-də verdiyi məlumata görə, ABŞ-İran təmasları birbaşa olacaq. Bu arada, İran diplomatiyasının rəhbərinin sözlərinə görə, Tehran Vaşinqtonun təzyiqindən yayınmaq üçün ABŞ ilə danışıqların vasitəçilər vasitəsilə aparılması variantını seçib və Oman görüşündən sonra formatı dəyişməyi planlaşdırmır.

Turan İSMAYIL