Türkiyədə neft tankerində yanğın baş VERDİ

İzmit körfəzində, xam neft daşıyan tankerin maşın otağında baş verən yanğın nəzarət altına alınıb.
Redaktor.az xəbər verir ki, Yarımca lövbər sahəsində dayanan Sinqapur bayraqlı “Hafnia Africa” adlı neft tankerində naməlum səbəbdən yanğın baş verib.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə (KEGM) məxsus yedək və xilasetmə qayıqları dərhal hadisə yerinə göndərilib.
Kənan YUSİF