Asiya ölkələri Trampın tariflərindən yayınmaq üçün yeni strategiya tapdı

Asiya ölkələri ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərdən yayınmaq üçün Amerika mayeləşdirilmiş təbii qazına (LNG) üz tuturlar.
Redaktor.az bu barədə Bloomberg nəşrinə istinadla məlumat verir.
Asiya ölkələri ABŞ-dən daha çox LNG alaraq, Trampın ticarət müharibəsi çərçivəsində tətbiq etdiyi iqtisadi təzyiqlərdən qaçmağa çalışır.
İndoneziya və Tailand artıq bu yöndə öhdəliklər veriblər, və bu məsələ Cənubi Koreya ilə də müzakirə olunmaqdadır. ABŞ, Yaponiya və Tayvan kimi ölkələrə də, Alyaskada yerləşən 44 milyard dollarlıq LNG layihələrinə investisiya qoymağı təklif edir.
Vaşinqtonun tətbiq etdiyi yüksək tariflər Asiya iqtisadiyyatlarını çətin vəziyyətə salıb və indi ölkələr, LNG almaqla iqtisadi təzyiqlərdən çıxmağı ümid edirlər. ABŞ, dünyanın ən böyük enerji tədarükçüsüdür, və Hindistanın LNG idxalçıları ABŞ-dən gələn qaz üçün gömrük rüsumlarının ləğvini istəməkdədirlər.
Lakin, LNG-nin ən böyük alıcısı olan Çin, Trampın tariflərinə cavab olaraq rüsumlar tətbiq edib və ABŞ-dan alınan LNG-ni Avropa və digər Asiya bazarlarına satmağa başlayıb.
Tramp ABŞ-nin ticarət tariflərinin tətbiq edilməsinin qarşısını almaq üçün Asiyanın enerji ehtiyaclarını qarşılayaraq, Avropa İttifaqı üzərinə təzyiq yaratmağı planlaşdırır. Söhbət 350 milyard dollarlıq ticarət tarifi tətbiqindən gedir.
Aytəkin TOFİQQIZI