Amerikalılar Trampı Rusiyanı çox dəstəklədiyinə görə tənqid edirlər

Amerikalıların təxminən yarısı ABŞ Prezidenti Donald Trampı Ukrayna münaqişəsində Rusiyanı çox dəstəklədiyinə görə tənqid edir.
Redaktor.az bu barədə “Politico” nəşrinə istinadla məlumat verir.
Pew Araşdırma Mərkəzinin apardığı sorğuya əsasən, amerikalıların 43 faizi Trampın Ukraynaya və onun lideri Vladimir Zelenskiyə münaqişəni sona çatdırmaq üçün razılaşma təkliflərini qəbul etməmək məqsədilə Rusiyanı çox dəstəklədiyini düşünür.
Araşdırma göstərir ki, amerikalıların bir hissəsi Trampın digər xarici siyasət addımlarına da narazıdır. Sorğuda iştirak edənlərin bir qədər çoxu, prezidentin Çin üzərinə tətbiq etdiyi tariflərin ABŞ iqtisadiyyatına zərər verəcəyini bildiriblər. Həmçinin, ABŞ vətəndaşları Trampın Qrenlandiyanı ilhaq etmək və Qəzza Zolağına nəzarəti ələ keçirmək təkliflərinə qarşı soyuqqanlı münasibət bəsləyirlər.
Araşdırmaya görə, respondentlərin 31 faizi Fələstin-İsrail münaqişəsi kontekstində Trampın İsrailə həddindən artıq bağlı olduğunu düşünür. Bundan əlavə, amerikalıların təxminən 40 faizi, ABŞ-nin Ukraynaya həddən artıq çox yardım etdiyini bildirərkən, 33 faizi Kiyevə göndərilən yardımların daha da artırılmasını istəyir.
Aytəkin TOFİQQIZI