Fransa səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Fransanın Sərhəd Xidməti Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşını saxlayıb.
Redaktor.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.
Bildirilib ki, sözügedən əməkdaşın kompüteri və telefonu götürülüb. Xanım əməkdaş bir sutka saxlanıldıqdan sonra Fransaya girişinə icazə verilib. Məlumata görə, buna səbəb ona vizanın vaxtında verilməməsi olub.
Zaxarovanın sözlərinə görə, məsələnin araşdırılması üçün Fransanın Moskvadakı səfiri Nikolya de Rivier Rusiya XİN-ə çağırılıb.
Həmçinin qeyd olunub ki, Rusiyanın Parisdəki Səfirliyi Fransa XİN-ə etiraz notası göndərib.