Bayramda qanunsuz daşımaya 37,4 milyon lirə CƏRİMƏ

 14:50 09.04.2025     193

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Ramazan Bayramı öncəsi və sonrası 2 min 377 müəssisə və 63 min 113 avtobus səfərinin yoxlanıldığını bildirib.

Redaktor.az xəbər verir ki, Nazir Uraloğlu: “10 mart–6 aprel tarixlərində avtobus şirkətlərinə qarşı aparılan 8 min 347 yoxlama nəticəsində ümumilikdə 37 milyon 400 min 120 lirə məbləğində inzibati cərimə tətbiq edilib", - deyə açıqlama verib.

Ramazan Bayramı tətili dövründə şəhərlərarası avtobuslarda süni qiymət artımının qarşısının alınması üçün nəzarətlərin fasiləsiz aparıldığını vurğulayan Uraloğlu, tariflərə əməl etməyən şirkətlərin tək-tək müəyyən olunaraq cərimələndiyini qeyd edib.

Kənan YUSİF