İstanbulda təcili yardım maşınına yol verməyən sürücüyə CƏRİMƏ

 14:55 09.04.2025     212

İstanbulda təcili yardım maşınına yol verməyən avtomobil sürücüsünə 3 min 160 lirə cərimə kəsilib.

Redaktor.az xəbər verir ki, İstanbul Nəqliyyat Nəzarət Şöbəsinin Virtual Nəqliyyat Patrulu qrupları, TEM Otoyolunda bir sürücünün təcili yardım maşınına yol verməməsi ilə bağlı görüntülərin sosial mediada yayılmasının ardından araşdırma aparıb.

Avtomobilin dövlət nömrə nişanından şəxsiyyəti müəyyən edilən B.İ. saxlanılaraq polis bölməsinə aparılıb.

B.İ.-yə “sol zolağın davamlı şəkildə işğalı” və “keçid üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməmək” maddələrinə əsasən 3 min 160 lirə məbləğində inzibati cərimə tətbiq olunub.

Kənan YUSİF