Mahmut Tanal xəbər versəydi, Nazirliyə dəvət edərdim - Yılmaz Tunç

 14:59 09.04.2025     216

“Mahmut bəyin o yağışın altında islanmasını heç vaxt istəməzdik. Birbaşa kabinetə gəlsəydi, ona çay da, yemək də təklif edərdik. Xəbər versəydi, Nazirliyə dəvət edərdim”.

Redaktor.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, CHP Şanlıurfa millət vəkili Mahmut Tanalın Adliyyə Nazirliyi qarşısındakı aksiyasına münasibət bildirib. O, bu fikirləri AK Partiya TBMM Qrup Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təqsirləndirilən tələbələrin hüquqi prosesi və palatada döyüldükləri iddiaları ilə bağlı Tunç, CHP lideri Özgür Özəlin İstanbulda başlayan hüquqi araşdırmalar zamanı küçəyə çıxmaq çağırışı etdiyini, bir qrup gəncin təhlükəsizlik qüvvələri ilə üz-üzə gəldiyini və arzuolunmaz hadisələrin baş verdiyini xatırladıb.

Nazir əlavə edib ki, hadisələrlə bağlı 819 nəfər barəsində hüquqi tədbir görülüb, 278 nəfər haqqında həbs qərarı çıxarılıb və 3 ayrı asliye cəza məhkəməsində işlər açılıb. O, həbslərin istisnai tədbir olduğunu və qərarın məhkəmələrin səlahiyyətində olduğunu vurğulayıb.

Kənan YUSİF