Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı VERDİ

 20:19 09.04.2025     192

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, XİN-in “X” hesabında paylaşdığı mətndə deyilir:

“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik".