ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük DAYANDIRDI

 23:24 09.04.2025     222

ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib.

Redaktor.az-ın məlumatına görə, o, qərarın dərhal qüvvəyə mindiyini bildirib. Tramp deyib ki, bu ölkələr ABŞ-ın nümayəndələrini, o cümlədən Ticarət və Xəzinədarlıq Departamentlərini və ABŞ Ticarət Nümayəndəliyini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirəyə çağırıb.

ABŞ Prezidentinin sözlərinə görə, onun rüsum tətbiqi ilə bağlı qərarlarına baxmayaraq həmin ölkələr ABŞ-a qarşı cavab tarifi tətbiq etməyib. Bu səbəbdən Tramp həmin ölkələrə tarif tətbiqini 3 ay dayandırıb və tariflərin 10 faiz azaldılması barədə qərar verib.