Türkiyədə daş kömür mədəni çökdü - ÇOX SAYDA YARALILAR VAR

 09:39 10.04.2025     181

Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib.

Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub.

Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.