"Yenidoğan çetesi" ilə bağlı istintaqda 13 nəfər barəsində yeni ittiham irəli sürüldü

Türkiyədə “Yenidoğan çetesi” adlandırılan cinayətkar şəbəkə ilə bağlı istintaq çərçivəsində daha 13 nəfər barəsində ittiham aktı hazırlanıb.
Redaktor.az xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu tərəfindən hazırlanan 57 səhifəlik ittiham aktında şübhəlilərə qarşı “cinayət təşkilatına yardım etmək” və “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamları irəli sürülüb. Sosial Sığorta Qurumu isə “cinayətdən zərər çəkmiş tərəf” kimi göstərilib.
İttiham aktında, istintaq zamanı ifadələr, ekspert rəy və səs yazıları əsasında əsas cinayət işində adı keçməyən, lakin şübhəli bilinən 17 nəfərin müəyyən edildiyi qeyd olunub.
Kənan YUSİF