Türkiyə ilə İndoneziya arasında 3 əməkdaşlıq sazişi İMZALANDI

 19:47 10.04.2025     248

Aprelin 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabovo Subiantonun iştirakı ilə Ankara şəhərində iki ölkə arasında 3 əməkdaşlıq sazişi imzalanıb.

Redaktor.az xəbər verir ki, tədbir Prezident Sarayında baş tutan təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil olunub.

İmzalanan sənədlər aşağıdakılardır:

— Təbii fəlakət və fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu – Türkiyə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) ilə İndoneziya Milli Fəlakət İdarəetmə Qurumu arasında.

— Media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu – Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi ilə İndoneziya Prezidentinin Kommunikasiya Ofisi arasında.

— Mədəni əməkdaşlıq sazişi – Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə İndoneziya Mədəniyyət Nazirliyi arasında.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən