“Terrorsüz Türkiyə” prosesi planlandığı kimi davam edir - Əfqan Ala

AK Partiya sədrinin birinci müavini Əfqan Ala, Türkiyənin "terrorsuz gələcək" istiqamətində atdığı addımların planlaşdırıldığı kimi davam etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, O, qatıldığı televiziya proqramında gündəmi dəyərləndirərək deyib: "Terrorsuz Türkiyə prosesi bizim öncədən gördüyümüz şəkildə davam edir. Hər hansı bir geriləmə yoxdur. Nəticəyə doğru əmin addımlarla irəliləyirik", – deyə vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın DEM Partiyası nümayəndə heyəti ilə bu gün keçirəcəyi görüşə toxunan Ala, həmin heyətin İmralı ilə, digər partiyalarla və AK Partiya ilə təmasda olduğunu, əldə etdikləri nəticələri Prezidentlə bölüşəcəklərini bildirib.
Ala əlavə olaraq qeyd edib: "Cənab Prezidentimizin əvvəldən bəri ortaya qoyduğu siyasi iradə bu görüşdə bir daha təsdiq olunacaq. DEM nümayəndələri də həmin iradəni orada açıq şəkildə görəcəklər. Türkiyə inşallah bu problemi arxada qoyacaq".
Kənan YUSİF